Azərbaycanda tələbə həbs edildi – Ödənişlərinin ləğv edilməsini tələb etdiyi üçün

  • By arzu
  • 02 İyun 2020 17:04

Dünən Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələrdən biri həbs olunub.

Gununsesi.org-un “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, aksiyada iştirak edən Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ikinci kurs tələbəsi Rüstəm İsmayılbəyli Təhsil Nazirliyinin vəzifəli şəxslərinin qəbulundan çıxdıqdan sonra 6 nəfər tələbə ilə birlikdə saxlanılıb. Polisin təqdimatı ilə barəsində inzibati həbs cəzası verilməsi üçün R.İsmayılbəyli Nərimanov rayon məhkəməsinə aparılıb.
Məhkəmənin qərarı ilə tələbə Rüstəm İsmayılbəyli 15 sutka inzibati qaydada həbs edilib.
Digər 6 tələbə isə 100-200 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, tələbələrin dərs keçirilməyən ikinci semestr üçün ödənişin və imtahanların ləğv olunmasını tələb ediblər.

Gununsesi.org