Azərbaycanda tanınmış aparıcı xərçəngdən vəfat etdi  - FOTO

“Space” TV-də yayımlanan “Çarə” sağlamlıq verilişinin aparıcısı kimi tanınan Fikrət Musayev 63 yaşında dünyasını dəyişib.

Gununsesi.info bildirir ki, bu barədə “Qafqazinfo”ya onun yaxınları məlumat verib.

Xalq təbabətinin bilicisi bağırsaq xərçəngindən vəfat edib.

Allah rəhmət eləsin!

Gununsesi.info