Azərbaycanda tanınmış kino xadimi vəfat edib

Azərbaycanda tanınmış kino təşkilatçısı, prodüser Aydın Abdullayev vəfat edib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə mərhumun dostları bildiriblər.

HTML tutorial

Aydın Əşrəf oğlu Abdullayev 7 iyun 1951-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb (1977). 1975-ci ildən kino sahəsində çalışıb: film inzibatçısı, animasiya sexinin inzibatçısı, sex rəisi, kino salnaməsi sexinin rəisi işləyib. “Azərbaycanfilm” kinostudiyasında direktor müavini, direktor əvəzi (1993–1994), “Azanfilm” kinostudiyasının direktoru (1994–2000) olub. 20-dək animasiya filminin direktorudur.

Allah rəhmət eləsin.

Gununsesi.info