Azərbaycanın tanınmış vəkili Fəxrəddin Mehdiyevin vəkillik fəaliyyəti dayandırılıb.
Bu barədə “Report”a Fəxrəddin Mehdiyevin özü məlumat verib.
Onun sözlərinə görə, Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyəti yanvarın 22-də bu barədə qərar çıxarıb. Qərara əsasən, vəkilin fəaliyyəti bir il müddətinə dayandırılıb.
Qeyd edək ki, VK-nın Rəyasət Heyəti bundan əvvəl digər tanınmış vəkil Yalçın İmanovun da fəaliyyətinin dayandırılması barədə qərar çıxarıb.
Gununsesi.info