Azərbaycanda terrorizmə qarşı mübarizə sərtləşdirilir

  • By admin
  • 14 Oktyabr 2016 12:47

ziyafet

Milli Məclisdə terrorizmə qarşı mübarizənin sərtləşdirilməsi ilə bağlı qanun layihəsinə dəyişiklik olunub.

Gununsesi.info xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında Mülki Prosessual Məcəlləyə dəyişiklik məsələsi ümzakirə olunub.

Dəyişiklik barədə məlumat verən Müdafiə, təhlükəsizlik və korrupsiyayay qarşı mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, burada söhbət əsasən terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulmasında gedir. “Məcəllənin 355-11.1 maddəsinə edilən dəyişikliyə əsasən müvafiq icra hakimiyyəti orqanı apardığı ilkin yoxlama nəticəsində “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 19-1.4-cü maddəsində nəzərdə tutulmuş halları müəyyən etdikdə, fiziki və ya hüquqi şəxslərin aktivlərinin dondurulması üçün məhkəməyə müraciət edir. 355-11.2. Aktivlərin dondurulması barədə ərizə aktivlərin yerləşdiyi yer üzrə verilir. Maddə 355-12. Ərizənin məzmunu Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması haqqında ərizədə aktivlərin dondurulması üçün qanunda nəzərdə tutulmuş əsaslar, həmçinin aktivlər barədə məlumatlar və onlar haqqında məhkəməyə qədər görülmüş tədbirlər qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. 355-13.1. Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması haqqında ərizəyə məhkəməyə təqdim olunduqdan sonra 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. 355-13.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir. İşdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. 355-13.3. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 355-13.4. Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. 355-13.5. Qətnamənin surəti bu Məcəllənin 227.2-ci maddəsinə uyğun olaraq tərəflərə verilir. Maddə 355-14. Aktivlərin dondurulması ilə bağlı tədbirlərin ləğvi Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması haqqında qətnamə qəbul edildikdən sonra aktivlərin dondurulması üçün əsaslar aradan qalxdıqda, aktivləri dondurulmuş şəxsin və ya müvafiq icra hakimiyyəti orqanının müraciətinə əsasən məhkəmə tərəfindən 5 gün müddətində aktivlərin dondurulması tədbirlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilir.”.

Gununsesi.info