“Azərbaycanda tibb təhsilinin səviyyəsi aşağıdır” - MİLLƏT VƏKİLİ

  • By admin
  • 03 Aprel 2018 13:48

“Azərbaycanda tibb təhsilinin səviyyəsi aşağıdır, özümüzü aldatmayaq. Azərbaycan o  qərara gəlməlidir ki, alternativ Tibb Universiteti təsis olunsun. Bunun üçün Türkiyədən mütəxəssis dəvət edilməlidir”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputatı Fazil Mustafa deyib. O vurğulayıb ki, yalnız bu  yolla rəqabət şəraiti yarana, tibb təhsili inkişaf edə bilər. Deputat  icbari  tibbi  sığortanın vacibliyindən danışaraq deyib ki, əməkdar artist Ənvər Həsənovun  50-dən çox rolu var: “ Ə. Həsənov xəstəlikdən əziyyət çəkir, lakin tibbi  sığorta yoxdur ki,  o müalicə  alsın. 

Bu gün toy müğənnilərinin çoxu əməkdar artistdir”.

Deputat əlavə  edib ki,  elə şərait yaratmaq lazımdır ki, vətəndaş əzab çəkməsin: “Yəni vətəndaş müalicə alısn,   bir az gec ölsün.Çünki vətəndaşların çoxu onkoloji xəstəlikdən əziyyət çəkir.İmkanı olanlar Türkiyəyə, Almaniyaya gedir. Bəziləri İrana gedir, lakin İranda da qiymətlər 2 dəfə artıb. Artıq ora da gedə bilmirlər.  İnsanlar sakitcə evində xəstəlikdən əziyyət çəkir”.  F. Mustafa buna görə  də icbari  tibbi sığortanın təmin edilməsinin vacib olduğunu vurğulayıb.

F. Mustafanın tibb təhsili haqqındakı fikirlərinə etiraz edən deputat Əhliman Əmiraslanov bildirib ki, əsassız fikirlər səsləndirmək lazım deyil.

Mürtəza

Gununsesi.info