
“İctimai nəqliyyatda dezinfeksiya olunur. Amma qısa müddətdə ictimai nəqliyyatla bağlı təlimatlar işlənəcək”.
Gununsesiaz.info-nun məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib.
C.İsayev deyib ki, bu təlimatlar yaxın günlərdə qəbul ediləcək: “Bu təlimatlar ticarət mərkəzlərini də əhatə edəcək. Məsələn, böyük ticarət mərkəzlərində satıcılar maska və əlcəkdə olmalı, insanlar bir-birindən 1 metr məsafədə olmalıdır”.
Gununsesiaz.info