Azərbaycanda Türkiyə banklarının sayı arta bilər

  • By admin
  • 23 Noyabr 2017 10:48

Türkiyənin Banklar Birliyi Azərbaycanda Türkiyə banklarının sayının artacağını gözləyir.

Gununsesi.info-nun məlumatına görə, bunu “Ziraat Bank”ın baş direktoru Hüseyn Aydın Bakıda jurnalistlərə deyib.

H.Aydın qeyd edib: “Biz bilirik ki, yaxın illərdə Azərbaycanı ciddi inkişaf gözləyir. Bu gün ölkədə iki Türkiyə bankı var – Ziraat Bank və Yapı Kredi. Lakin artıq deyə bilərəm ki, yaxın vaxtlarda Türkiyənin digər bankları da Azərbaycanda çalışmağa maraq göstərəcək”.

Xatırladaq ki, Azərbaycanda 31 bank, o cümlədən 16 xarici kapitallı bank fəaliyyət göstərir.

Gununsesi.info