Azərbaycanda uçqun baş verdi - YOLLAR BAĞLANDI

  • By admin
  • 14 Aprel 2022 10:13

İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsi ərazisində torpaq uçqunu baş verib. Səhər saatlarında baş verən uçqun səbəbindən torpaq və daşlar avtomobil yoluna tökülüb. Bununla da nəqliyyat vasitələrinin hərəkəti tamamilə dayanıb. Dağ uçqunu yolu böyük ərazidə bağlayıb.

Məsələ ilə əlaqədar ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli Publika.az-a açıqlamasında bildirib ki, hazırda əraziyə texnika cəlb olunub. Yaxın saatlarda yol açılacaq.

Gununsesi.info