Azərbaycanda və regionda “koronavirus ili”ndə evlənənlər, boşananlar… – STATİSTİKA

  • By admin
  • 04 May 2021 15:06

Evlilik hallarının azalması, boşanmaların artması son illər dünyanın demək olar ki, bütün ölkələrində müşahidə olunan tendensiyadır. Paralel olaraq, münasibətlərini rəsmiləşdirmədən, qeyri-rəsmi münasibətlərdə yaşayan cütüklərin, yaxud evlənməyən insanların sayı da paralel şəkildə artır.

Ekspertlərin fikrincə, dünyada boşanma hallarının artmasına bir neçə faktor təsir göstərir. Əsas boşanma səbəbləri arasında aşağıdakılar göstərilir:

1. xəyanət
2. maddi sıxıntılar
3. anlaşılmazlıq, müntəzəm münaqişələr
4. alkoqolizm, narkomaniya
5. xarakter uyğunsuzluğu, həyata fərqli baxış
6. məişət problemləri
7. hisslərin soyuması
8. valideynlərin müdaxiləsi
.

 

Gununsesi.info Azərbaycanda və region ölkələrində “koronavirus ili” sayılan 2020-ci ildə evlənən və boşanan cütlüklərin statistikasını təqdim edir.

Azərbaycanda Statistika Komitəsinin məlumatına görə, ötən il 35 348 rəsmi nikah bağlanıb, 14 628 cütlük isə ayrılıb. Bu isə ölkədə boşanma faizinini 41,38%-ə çatdığını göstərir.

 

Türkiyədə 2020-ci ildə 487 270 cütlük ailə həyatı qurub, 135 022 ailə isə boşanıb. Beləliklə, ölkədə boşanma faizi 27,1% təşkil edir.


Rusiyada
 koronavirusun tuğyan etdiyi 2020-ci ildə 770,8 min evlilik, 564,1 min isə boşanma qeydə alınıb. Bu, ölkədə boşanma faizinin 73%-ə çatdığını göstərir.


Ermənistanda
 ötən il 10 416 evlilik və 3 155 boşanma qeydə alınıb. Ermənistanda boşanma göstəricisi hazırda 30,29% təşkil edir.


Gürcüstanda 
2020-ci ildə 16 359 evlilik və 7 643 boşanma faktı qeydə alınıb. Beləliklə, qonşu ölkədə boşanma göstəricisi 46,72% təşkil edib.

İslam ölkəsi olan İranda evlilik sayının azalması ilə yanaşı, boşanma hallarının artımı müşahidə olunur. Belə ki, 2020-ci ilin 21 martından oktyabrın 21-nə qədər olan müddətdə ölkədə 307 349 evlilik və 99 679 boşanma halı qeydə alınıb.

Beləliklə, şəriət ölkəsində boşanma göstəricisi 32,43% təşkil edir. 

Gununsesi.info