Azərbaycanda vaksinasiya tempi Ermənistandan 541 dəfə SÜRƏTLİDİR

  • By admin
  • 29 Aprel 2021 11:54

Ermənistanın baş naziri səlahiyyətlərinin icra edən Nikol Paşinyan ölkənin səhiyyə sistemini tənqid edib.

Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, o bu günə qədər cəmi 2 690 nəfərin koronavirusa qarşı peyvənd olunduğunu açıqlayıb.

“Bu çox biabırçı göstəricidir”-deyə hökumət rəhbəri vaksinasiya prosesinin ləngliyindən şikayət edib.

Səhiyyə naziri səlahiyyətlərini icra edən Anait Avanesyan isə dünəndən etibarən 18 yaşı tamam olan hər kəsin poliklinikalarda vaksin oluna biləcəyini açıqlayıb.

Xatırladaq ki, Azərbaycanda bu günə qədər 1 456 114 nəfər vaksin olunub. Beləliklə, ölkəmiz Ermənistanı vaksinasiya tempinin sürətinə görə, Ermənistanı 541 dəfə qabaqlayır.