Azərbaycanda valyuta hərracında dollara tələb 23%-ə yaxın artıb

  • By arzu
  • 23 İyun 2020 17:15

Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Gununsesi.org bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumatda deyilir ki, ABŞ dollarına tələb iyunun 18-nə nisbətən 6,1 milyon ABŞ dolları və yaxud, təxminən, 22,7% artaraq 33 milyon ABŞ dolları təşkil edib.

Mərkəzi Bank bildirib ki, tələb tam ödənilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Gununsesi.org