Azərbaycanda vergi amnistiyası elan edilir

  • By admin
  • 19 Dekabr 2016 16:07
meclis
Bu məsələ Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişiklikdə nəzərdə tutulur.
Bu barədə Gununsesi.info-ya Milli Məclisdən məlumat verilib.
 Artıq   bununla bağlı müvafiq qanun layihəsi  ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə  Milli Məclisə daxil olub.
Layihə sabah Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunacaq.
 Sənədə əsasən, vergi amnistiyası 2017-ci ilin yanvarın 1-dək vergi borcu olan hüquqi və fiziki şəxslərə  tətbiq edilən maliyyə sanksiyalarına, həmçinin,  maliyyə sanksiyalarını ödəyə bilmədiyinə görə, sanksiyaların üzərinə gələn peniyalara şamil olunacaq.
Fiziki və hüquqi şəxsin vergi borcu yerində qalcaq. Yəni, 2017-ci ilin yanvar ayında  hüquqi və fiziki şəxs vergi borcuna görə tətbiq edilən  maliyyə sanksiyasının 30%-nin yerdə qalan 70%-ni, fevral ayında 50%-ini ödəyəcəksə, yerdə qalan 50%-ni, mart ayında isə 70%-ini ödəyəcəksə, sanksiyanın yerdə qalan hissəsi ləğv ediləcək.
Sənəd hazırlanarkən  beynəlxalq prkatika və digər ölkələrin təcrübəsi  öyrənilib.
Mürtəza
Gununsesi.info