“Azərbaycanda xeyli sayda məhkum azadlığa qovuşacaq” - NOVELLA CƏFƏROĞLU

  • By admin
  • 18 Sentyabr 2017 13:12

novella-ceferoglu

Azərbaycanda sentyabr ayından sonra xeyli sayda ictimai-siyasi həyatda tanınan şəxslərin azadlığa qovuşacağı gözlənilir. Artıq İnsan Hüquqları üzrə İşçi Qrupu tərəfindən, müvafiq siyahı hazırlanaraq, əfv komissiyasına təqdim olunub.

Məsələ ilə əlaqədar Gununsesi.info-ya açıqlama verən İnsan Hüququları üzrə İşçi Qrupun üzvü Novella Cəfəroğlu bildirdi ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamına əsasən, Cinayət Məcəlləsinə edilən dəyişiklərlə bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub.

Onun sözlərinə görə, bu layihə qəbul edildikdən sonra xeyli sayda məhkum azadlığa qovuşacaq: “Bunu prezidentin cəza siyasətinin yüngünləşdirilməsi ilə bağlı verdiyi sərəncama əsasən deyirəm. Artıq İnsan Hüquqları üzrə İşçi Qrupu tərəfindən müvafiq siyahı hazırlanıb, əfv komissiyasına təqdim edilib. Azərbaycanda xeyli sayda məhkum azadlığa qovuşacaq”.

Anar

Gununsesi.info