Azərbaycanda Xolokost həftəsi təşkil edilib - VİDEO

  • By admin
  • 23 Yanvar 2018 14:28

BMT-nin Azərbaycandakı nümayəndəliyi İsrail səfirliyi ilə birgə yanvarın 23-dən 27-nə kimi Azərbaycanda Xolokost həftəsi təşkil edir.

Gununsesi.info-ya BMT-nin Azərbaycan nümayəndəliyindən verilən xəbərə görə, həftə ərzində müxtəlif təhsil ocaqlarında sərgilər və “Xolokostun uşaqları” adlı sənədli filmin nümayişi keçiriləcək.

Tədbirlər ADA Universiteti, Binəqədi rayon Gənclər Evi və Bakı Oxford məktəbində baş tutacaq.

Xolokost qurbanlarının anımı ilə əlaqədar BMT-nin baş katibi Antonio Quterreşin müraciətini sizə təqdim edirik (Azərbaycan dilində subtitrlərlə).

Gülnaz Qənbərli

Gununsesi.info