Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

  • By ilhame
  • 24 İyun 2024 15:06

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

 

Qərarla koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 oktyabr saat 06:00-dək uzadılıb.

 

Bundan əvvəl həmin müddət 1 iyul saat 06:00-dək olan dövrü əhatə edib.

Gununsesi.info