Azərbaycanda yaşayış minimumu ARTIRILDI - 14 MANAT

  • By admin
  • 26 Dekabr 2017 15:44

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Gununsesi.info xəbər verir ki, sənəddə deyilir:
“Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Ehtiyac meyarının həddi
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiq edilsin.
Maddə 2. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
2018-ci il üçün yaşayış minimumu isə ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyənləşib.
Bu qanunlar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir”.
Qeyd edək ki, ötən il prezident tərəfindən ehtiyac meyarı 116 manat məbləğində təsdiq edilmişdi.

Gununsesi.info