Azərbaycanda yasda bədbəxt hadisə: Ölən və yaralılar var - VİDEO

Bərdə rayonunda bədbəxt hadisə baş verib.

Gununsesi.info-nun məlumatına görə, rayonun Yeni Daşkənd kəndində yas mərasiminə gələn qonaqlar evin ikinci mərtəbəsindəki otaqlardan birində toplaşıblar. Qəfildən ağırlığa dözməyən döşəmə çöküb. Nəticədə xeyli insan yaralanıb.

Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər yerləşdirilib.

1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Digər şəxslərin ümumi müayinələri davam etdirilir.

 

 

 

Gununsesi.info