Azərbaycanda yeni beynəlxalq aviareyslər açılacaq

  • By admin
  • 01 Sentyabr 2016 19:31

hava

 

Azərbaycanda turistlərin cəlb edilməsi məqsədilə əlverişli yeni beynəlxalq aviareyslər açılacaq.

Gununsesi.info-nun məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı sərəncama əsasən bu iş Nazirlər Kabinetinə  həvalə olunub.

Nazirlər Kabineti İqtisadiyyat Nazirliyi, Maliyyə NazirliyiMədəniyyət və Turizm NazirliyiDövlət Mülki Aviasiya Administrasiyası və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə ölkəyə turistləri cəlb etmək məqsədilə əlverişli yeni beynəlxalq uçuşların (reyslərin) təşkili ilə bağlı tədbirlər görməli və bu barədə Azərbaycan prezidentinə məlumat verməlidir.

 

Gununsesi.info