Azərbaycanda jurnalistika fəaliyyəti ilə bağlı cərimələrin tətbiqi nəzərdə tutulub.
Gununsesi.info xəbər verir ki, bu gün Milli Məclis İnzibati xətalar məcəlləsinə müvafiq düzəlişləri müzakirə ediblər.
Təklif edilən cərimələr:
Məhkəmə qərarı olmadan şəxsin təqsirli olduğu barədə iddialara görə: vəzifəli şəxslər 1000-1500 manat, hüquqi şəxslər 2500-3500 manat.
İnformasiya mənbəyini qanunla yol verilməyən hallarda açıqlanmasına görə: fiziki şəxslər 200-300 manat, vəzifəli şəxslər 500-700 manat, hüquqi şəxslər 2000-3000 manat.
Təkzib, cavab və düzəliş verilməsi qaydalarının pozulmasına görə: vəzifəli şəxslər 300-600 manat, hüquqi şəxslər 1000-1500 manat.
Media məhsullarının yayımına mane olmasına görə: fiziki şəxslər 200-300 manat.
Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxiləyə görə: 300-600 manat.
Qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verilmədikdə, 300-500 manat.
Layihə birinci oxunuşda qəbul edilib.