Azərbaycanda yeni çiyələk növləri yetişdiriləcək

  • By admin
  • 24 Yanvar 2018 21:35

Cəlilabadda son illər açıq sahələrə nisbətən istixana şəraitində çiyələk becərilməsinə maraq artıb. Fermerlər bazara tez məhsul çıxarmaqla daha çox gəlir əldə edirlər.

Gununsesi.info xəzərxəbər-ə istinadən xəbər verir ki, örtülü şəraitdə becərilən çiyələkdən əldə olunan məhsul mart ayında bazarlara çıxarılaraq kiloqramı 7-8 manatdan təklif edilir. Amma bu şəraitdə becərilən çiyələk gəlirli olsa da, kifayət qədər xərc tələb edir. Bunlardan ən əsası torpaq qatının alaq otlarından qurunması üçün xüsusi örtüklərlə bağlanmasıdır. Məhsulun bol olmasından ötrü isə istixanada əkilmiş çiyələk kollarında olan xəstəliyə yoluxmuş yarpaqlar təmizlənməlidir.

Hazırda rayonda istixana şəritində əkilən çiyələk sortları Türkiyədən gətirilir. Son dərəcə məhsuldar olan yeni sortlardan ildə 7 dəfəyə kimi məhsul götürmək mümkündür.

Gununsesi.info