Azərbaycanda “yol canavarı” can almaqda davam edir - 571 ölü

  • By admin
  • 10 Oktyabr 2016 10:40

qeza1

Azərbaycanda 9 ay ərzində baş vermiş yol-nəqliyyat hadisələri ilə bağlı statistika açıqlanıb.

HTML tutorial

Gununsesi.info Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 9 ayı ərzində respublikanın avtomobil yollarında 1499 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş qəzalarda 571 nəfər həlak olub, 1555 nəfər xəsarət alıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 164 fakt (9,9%), ölənlərin sayı 95 nəfər (14,3%), yaralananların sayı 191 nəfər (10,9%) azalıb.

Bakı şəhəri ərazisində 490 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bunların nəticəsində 138 nəfər ölüb, 515 nəfər xəsarət alıb. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, ölənlərin və xəsarət alanların sayı uyğun olaraq 110 fakt (18,3%), 37 nəfər (21,1%), 130 nəfər (20,2 %) azalıb.

Anar
Gununsesi.info