
Bu gün Azərbaycanda əsas problemlərdən biri çəkilən yolların keyfiyyəti ilə bağlıdır. Bakıdan Rusiya sərhəddinə gedən yolun çəkilməsinə 1 milyard manat pul xərclənilib. Amma o yol beş ildən sonra tam pis vəziyyətə düşüb.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev deyib.
“İndi də orda bərpa işləri gedir, hər dəfə büdcədən pul xərclənilir. Halbuki bu yolun istismarına 30 ildən çox zəmanət verilmişdi. Onda necə ola bilər ki, 5-6 ildə qismən də olsa bu yol yararsız hala düşür? Bizə izah edirlər ki, həmin yolda ağır tonajlı maşınlar gedir. Bu yolu tikəndə necə yəni bilmirdiniz ki, bu yol sərhəddə gedən yoldur? Orda böyük, ağır yük maşınları getməlidir. Digər bir yol Ələt-Hacıqabul yoludur. Burda da eyni hal yaşanır. 6 ildən sonra həmin yol yararsız hala düşüb”,- deyə o bildirib.
Gununsesi.info