Azərbaycanda “YouTube”la bağlı YENİLİK

  • By admin
  • 13 Mart 2024 15:28

“YouTube Premium” Azərbaycanda bəzi cihazlar üçün aktivləşib.

Gununsesi.info bildirir ki, bu xidmət “YouTube Music” və “YouTube Kids” üzrə təkmil, kəsintisiz giriş təqdim edir.

Premium xidmət istifadəçiləri bir çox imtiyazla, o cümlədən “YouTube Music” proqramında reklamsız kliplərə baxmaq və musiqi dinləmək, musiqilərə internet bağlantısı olmadan giriş əldə etmək üçün yükləmək, digər proqramlardan istifadə edərkən fonda musiqi və podkastlara qulaq asmaq və s. təmin edir.

“YouTube Premium” dünyanın 110 ölkəsində xidmət şəbəkəsinə malikdir. Region ölkələrindən isə Türkiyə və Gürcüstanda xidmətə abunə olmaq mümkündür (Rusiyada müvəqqəti olaraq dayandırılıb).

 

Gununsesi.info