Azərbaycanda yüksək vəzifəli şəxs istintaqa çağırıldı

Həbs edilən “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradovun cinayət işi üzrə onun müavini istintaqa çağırılıb.

Gununsesi.info xəbər verir ki, istintaq tədbirləri üzrə “Azərxalça” ASC-nin İdarə Heyətinin sədr müavini İslam Səfər oğlu Qurbanov dindirilib və izahatı alınıb. O, Vidadi Muradovun adıçəkilən quruma rəhbərlik etdiyi dönəmdə Təsərrüfat və sənədlər şöbəsinin fəaliyyətinə rəhbərlik edib.

HTML tutorial

Qeyd edək ki, sözügedən sədr müavini Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin sabiq rəisi Səfər Qurbanovun oğludur.