Azərbaycanda yumurta bahalaşdı

Azərbaycanda kənd yumurtasının qiyməti artıb.

Gunnusesi.info xəbər verir ki, bəzi marketlərdə yumurtanın qiyməti 40 qəpik olub.

HTML tutorial

Saytın əməkdaşının baş çəkdiyi mağazalarda ağ yumurtanın qiymətinin 13-16 qəpik, kənd yumurtasının isə 33-40 qəpik arası olduğunu müşahidə edib.

Bəzi mağazalarda isə sarı broyler yumurtaların satışına rast gəlinmir.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli Oxu.Az-a açıqlamasında bildirib ki, kənd yumurtasının qiymətinin artması tələbata görədir:

“Hazırda toyuqların kürt yatma dövrüdür. Bu səbəbdən kənd yumurtasının sayı azaldığına görə market və bazarlarda qiyməti artıb”.

Gununsesi.info