Zəlzələ nəticəsində bəzi evlərdə çatlar əmələ gəlib -YENİLƏNDİ

Kürdəmirdə baş vermiş zəlzələ nəticəsində rayonun bir neçə kəndindəki evlərdə çatlar əmələ gəlib.

Gununsesi.info xəbər verir ki, çatlar əsasən rayonun Ərəbxana, Atakişili və Xırdapay kəndlərində qeydə alınıb.

Hal-hazırda aidiyyəti qurumların əməkdaşları rayonun digər ərazilərində fəsadların baş verib-verməməsi ilə bağlı araşdırma aparırlar.

21:20

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Kürdəmir stansiyasından 14 km cənubda Kürdəmir ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 5 bala qədər, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

21:00

Ağdamda 5 maqnitudalı zəlzələ olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 20:38-də qeydə alınıb.

20:50

Azərbaycanda zəlzələ olub.

Gununsesi.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilib ki, Zəlzələ Saatlı, Beyləqan, Mingəçevir,Yardımlı və Qəbələ rayonlarında hiss olunub.

Gununsesi.info