Azərbaycanda zəlzələ olub

  • By admin
  • 17 Noyabr 2023 08:14

İsmayıllı rayonunda zəlzələ baş verib.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan Gununsesi.info-ya verilən məlumatına əsasən, yeraltı təkanlar bu gün yerli vaxtla 04:56-da İsmayıllı stansiyasından 3 km şimalda, İsmayıllı rayonunda qeydə alınıb.

Bildirilir ki, zəlzələnin maqnitudası 3,6, dərinliyi 7 km olub.

Zəlzələ 3 bal gücündə hiss olunub.