Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

O bildirib ki, zeytun bağlarını 5 min hektara çatdırmağı nəzərdə tuturlar:

“Bu o deməkdir ki, Azərbaycana artıq xaricdən zeytun yağı, yaxud zeytun məhsulları gətirilməyəcək. Düşünürük ki, zeytun məhsullarını özümüz ixrac edəcəyik. Yaxın 4-5 ildə biz bu işin öhdəsindən gələcəyik”.

Nazirin sözlərinə görə, Azərbaycanda ümumilikdə 7 min hektar aqromeşə əraziləri var:

“Onun 3 min hektarı əvvəlki illərdə salınan qoz, fındıq, şabalıd bağlarıdır. Növbəti 5 ildə 96 milyon meyvə tingi yetişdirməyi qarşımıza məqsəd qoymuşuq”.

Gununsesi.info