Azərbaycandakı ahıl insanların sayı acıqlandı

  • By admin
  • 16 İyun 2017 13:48

qocalar

Bu gün Azərbaycanda 451 min ahıl vətəndaş yaşayır.

Gununsesi.info-nun məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bu gün Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransı çərçivəsində keçirilmiş plenar iclasda deyib.

O qeyd edib ki, ahıl insanlar ölkə əhalisinin 4.6 faizini təşkil edir.

Nazir müavini bildirib ki, hazırda Azərbaycanda əlilliyi olan şəxslərin sayı 600 minə yaxındır.

Onun sözlərinə görə, bu, ölkə əhalisinin təxminən 6 faizini təşkil edir. 600 min nəfərdən 72 mini 18 yaşadək olan şəxslərdir.

Nazir müavini deyib ki, əlilliyi olan şəxslərə müvafiq təqaüdlər ödənilir:

“Azərbaycanda 540 min ailəyə ünvanlı sosial yardım ödənilir, habelə 713 min nəfərə sosial müavinət təyin olunub”.

Gununsesi.info