“Azərbaycandakı gülənçilərin həbsi qaçılmazdır”

  • By admin
  • 02 Sentyabr 2016 17:30

meherrem

Daxili işlər naziri Ramil Usubovun Türkiyəyə səfərindən sonra Azərbaycanda gülənçilərlə bağlı görüləcək tədbirlər haqda məlumatlar yayılır. Kimi Gülən tərəfdarlarının həbs ediləcəyini, kimi də yüksək vəzifəli məmurların postlarından uzaqlaşdırılacağını ehtimal edir.

Bəs bu iddialar nə dərəcədə əsaslıdır?

Gununsesi.info AzNews.az-a açıqlamasında Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı İlham İsmayıl Azərbaycanda Fətullah Gülən tərəfdarlarının kütləvi həbsinə inanmadığını deyib: “Həbslər olacaq, amma Türkiyədəki kimi çoxsaylı həbslər və işdən çıxarılmalar olmayacaq. Həbsər qaçılmazdır, amma tək-tük olacaq”.

İ.İsmayılın fikrincə, birdən-birə Azərbaycan daxili işlər nazirinin Türkiyəyə səfər etməsi, həmin gün də Türkiyə Daxili İşlər Nazirliyinin rəhbərinin dəyişdirilməsi, Fətullah Gülən tərəfdarlarının ardı-arası kəsilmədən həbs olunub, işdən çıxarılması prosesi getdiyi üçün, bunların Azərbaycana da keçəcəyi düşüncələri artır: “Bu gün, ya sabah Daxili İşlər Nazirliyinin özündə, yaxud da digər dövlət strukturlarında kimlərsə vəzifədən çıxarılsa, onu Fətullah Gülən tərəfdarı kimi qələmə verəcəklər. Əgər kiminsə əməlində qanunsuzluq varsa, deyə bilərik ki, qarşısı alınsın, yaxud da vəzifəsindən çıxarılsın. Kimsə nə vaxtsa Qafqaz Universitetində oxuyubsa, dərs deyibsə onun həbsi məsələsi müzakirə belə oluna bilməz. Azərbaycanda xeyli Fətullah Gülən tərafdarı var. Həm ticarətdə, həm də dövlət strukturlarında olan Fətullah Gülən tərəfdarları ilə bağlı hər halda ölçülüb-biçilib qərar veriləcək”.

Gununsesi.info