Azərbaycandakı siqaret qıtlığı nazirliyi hərəkətə gətirdi

  • By admin
  • 09 Fevral 2017 11:45

siqaret

İqtisadiyyat Nazirliyi sahibkarların siqaret qıtlığı ilə bağlı dilə gətirdiyi problemlərlə əlaqədar araşdırmalara başlayıb.

Gununsesi.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, artıq nazirliyin əməkdaşları siqaretin topdansatışı ilə məşğul olan firmalara baş çəkir. Sahibkarlara siqaret satılmamasının səbəbləri araşdırılır. Bununla bağlı ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, ötən gün sahibkarlar hesablarında pul olduğu halda topdansatış firmalarının onlara siqaret satmamasına görə narazılıqlarını ifadə etmişdilər.

Gununsesi.info