“Azərbaycandan gedən fahişəni oynamaq üçün 200 min…”

  • By admin
  • 21 İyun 2016 11:55

Diana Gunay

 

HTML tutorial

Gənc aktrisa Mələk Heydərovanın “istədiyim pulu versələr, yatağa girərəm” açıqlamasına onun həmkarı Diana Babayevadan cavab gəlib.

 

Gununsesi.info xəbər verir ki, D.Babayeva Ölkə.Az-a açıqlamasında bildirib ki, aktrisa istənilən obrazı canlandıra bilər:

“Deməli, o aktrisa bizdən çox parlaq olacaq. Uğurlar arzu edirəm. Əslində, aktrisa hər bir rola girməlidir. Amma dəfələrlə demişəm ki, Azərbaycanda film çəkə bilmirlər. Belə bir rola çəkilirsənsə, o bir şedevr olmalıdır. Mənə üç ay əvvəl Moskvadan belə bir təklif gəlmişdi. Azərbaycandan gələn fahişə rolunu oynamalıydım. Filmin yarısı Bakıda, yarısı Moskvada çəkiləcək. Filmdə çox açıq-saçıq səhnələr vardı. Amma yaxşı qonorar təklif edirdilər, razı olmadım, peşman da deyiləm. 200 min rubl qonorar təklif olunmuşdu, həmçinin yol xərcim, qalmaq və yemək məsələlərini də onlar həll edəcəkdilər. Bildirilmişdi ki, artıq çəkiliş günü olsa, 200 min rubldan əlavə də qonorar yazılacaq… Hər halda Mələk xanım kimi aktrisalar kino sənayesinə çox lazımdır”.

Xatırladaq ki, Mələk Heydərova Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının direktoru Müşfiq Hətəmovun “açıq-saçıq rollara çəkilmədiyi üçün rejissorlar məcburiyyət qarşısında yerli filmlərdə çəkilmək üçün başqa ölkələrdən aktrisalar dəvət edir” fikrinə cavab olaraq bu fikirləri səsləndirmişdi. (Olke.az)