Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün qiymət müəyyənləşib

  • By ilhame
  • 10 Fevral 2024 20:48

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 2024-cü ildə Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün qiymətləri təyin edib.

 

QMİ-nin Mətbuat Xidmətindən sayta verilən məlumata görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları ( 9945 manat) təşkil edir.

 

Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.

 

Tələb olunan sənədlər:

 

1. Ümumvətəndaş pasportu;

 

2. Şəxsiyyət vəsiqəsinin surəti;

 

3. 3.5 × 4.5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);

 

4. Sağlamlıq haqqında arayış.

 

Sənədlərin qəbulu 12 fevral 2024-cü il tarixdən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

Gununsesi.info