Azərbaycandan sülhməramlılar yox, Rusiya hərbi bazası çıxarılır

  • By Mina
  • 23 Aprel 2024 17:50

Bir həftəyə yaxındır, Azərbaycandakı Rusiya sülhməramlılarının ölkəni tərk etməsi prosesi gedir. Dünən bir qismi də Ermənistana gedib, Gorusda, Sisyanda qalacaq. Çıxma prosesinin sentyabrın sonuna qədər davam edəcəyi gözlənilir. Yəni biz hələ daha neçə-neçə BTR kolonları görəcəyik…

Videolara baxdıqca, adam mat-məttəl qalır, 3 il əvvəl Azərbaycana nə qədər zirehli texnika, tanklar, müxtəlif təyinatlı avtomillər gətiriblərmiş… Hələ onlar bir qismini bir neçə ay əvvəl Ukrayna cəbhəsinə göndəriblər.

Azərbaycanda əməlli-başlı hərbi baza qurublar. Sülhməramlı kontingentin bu qədər cəbbəxanaya, hərbi texnikaya nə ehtiyacı ola bilər ki?

Azərbaycan böyük bir pazadan qansız-qadasız qurtulur. Çox böyük uğurdu. Rusiyanın Ukraynada burnu əzilməsəydi, ölkəmizə bu qədər texnika-silah yığmış ölkənin Qarabağda antiterror əməliyyatına imkan verəcəyini, Azərbaycanın suverenliyini tam təmin edəcəyini düşünmək sadəlöhvlük olardı.

Elçin
Gununsesi.info