

Azərbaycandan Türkiyəyə hərəkət edən sərnişin avtobusu Gürcüstanın şərq hissəsində olarkən yanıb.
Gununsesi.info unikal.org-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın İctimai Televiziyası xəbər yayıb.
Avtobusda 50 sərnişin – müxtəlif ölkələrin, o cümlədən Rusiya vətəndaşları olub.
Hadisə zamanı sərnişinlər dərhal avtobusu tərk etdiyindən xəsarət alan olmayıb.
Nəqliyyat vasitəsi tamamilə yanıb.
Fakt araşdırılır.
Gununsesi.info