Azərbaycandan Türkiyəyə gedənlərin sayı artıb

  • By admin
  • 25 Fevral 2020 11:28

Azərbaycandan Türkiyəyə gedənlərin sayında artım var.

Gununsesi.org bildirir ki, bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin hesabatından məlum olur.

Statistikaya görə, 2018-ci ilin yanvar ayında Azərbaycandan 48073 nəfər Türkiyəyə səfər edib. 2019-cu ilin ilk ayında turistlərin sayı 46895, 2020-ci ildə isə 54788 nəfər olub.

Türkiyə yeni ilin ilk ayında dünya ölkələrindən ümumilikdə 1787435 turist qəbul edib. Bu, ötən ilin yanvar ayına görə 16,11 faiz artım deməkdir.

Gununsesi.org