Azərbaycanı Avropa Məhkəməsində Lətif Hüseynov təmsil edəcək

  • By admin
  • 07 Oktyabr 2016 12:35
letif
Azərbaycanı Avropa İnsan Haqları Məhkəməsində Lətif Hüseynov təmsil edəcək.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, AŞPA Avropa İnsan Haqları Məhkəməsinə (AHİM) Hakimlərin Seçilməsi Komitəsinin sentyabrın 29-da keçirilən iclasında AİHM-ə Azərbaycanın irəli sürdüyü 3 namizəd arasında kimin yüksək səs çoxluğu qazandığı məlum olub.
Hakimlərin Seçilməsi Komitəsi üç nəfərin arasından ən uyğun namizəd kimi Lətif Hüseynovu tövsiyə edib.
 AŞPA-nın payız sessiyası çərçivəsində oktyabrın 11-12-də hakimin seçilməsi ilə bağlı səsvermənin keçirilməsi gözlənilir.
 
Qeyd edək ki, Azərbaycanın Avropa Şurasındakı səfiri Emin Eyyubov AŞPA-nın baş katibi Voytsex Savitskiyə hakimlər Kəmalə Abıyeva, Lətif Hüseynov və Rövşən İsmayılovun namizədliyinin Azərbaycan hökuməti tərəfindən təsdiqlənməsi barədə məktub göndərib.
Bundan əvvəl 2 dəfə – ötən il iyunun 15-də və bu il yanvarın 24-də AŞPA Azərbaycandan göndərilən namizədlərin siyahısını geri qaytarmışdı.
Gununsesi.info