“Azərbaycanı, Türkiyəni nə qədər sevidiyimi anlatmağa çətinlik çəkirəm” Ahmed Sanic

  • By admin
  • 22 İyul 2016 12:55

ahmed

Qafqaz Universitetinin keçmiş rektoruöz facebook səhifəsində maraqlı və o cümlədən kövrək məktub yazıb.

Bir neçə gün əvvəl bağlandığı xəbəri yayılan daha sonra Ali Neft Məktəbinin idarəçiliyinə verilən Qafqaz Universitetinin keçmiş rektoru Ahmed Sanic sosial şəbəkədəki səhifəsində tələbələri və universitet heyəti ilə sağollaşıb.

Gununsesi.info Ahmed Sanicin dünən öz facebok səhifəsində yazdığı mesajı təqdim edir:

“Hörmətli dostlar, əzizi tələbələr. Sizi nə qədər sevidiyimi anlatmağa çətinlik çəkirəm.

Azərbaycanı, Türkiyəni nə qədər sevidiyimi anlatmağa çətinlik çəkirəm.

Çünki qəlbi dolduran, amma bulaq kimi çağlayan, coşan sevigini anlatmağa kəlmələr acizdir.

Gözəlliklə süslənmiş yazılarınıza layiq olmaq istərdim. Çalışdım ki, sizin qəlbinizin dayağındakı gözəlliyə layiq olam.

Sizin kimi gözəl insanların içində gözəlliyə qovuşum. Sizlərdən biri olduğuma görə, xoşbəxtliyə qovuşdum.

Təşəkkürlər!”

Gununsesi.info