Azərbaycanın Əfqanıstandakı səfiri dəyişdi

Həsən Sultan oğlu Zeynalov Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

HTML tutorial

Ölkə başçısının digər sərəncamı ilə İlham Nəriman oğlu Məmmədov Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.