Azərbaycanın Əməkdar rəssamı vəfat edib

Azərbaycanın Əməkdar rəssamı Ağasaleh Nuriyev vəfat edib.

Gununsesi.info xəbər verir ki, 83 yaşlı rəssam bu gün səhər saatlarında dünyasını dəyişib.

HTML tutorial

Qeyd edək ki, A.Nuriyev 1940-cı ildə Bakıda anadan olub. O, 1957-1962-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində, 1964-1973-cü illərdə Kiyev Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. A.Nuriyev 1976-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olub.

Onun əsərləri Gürcüstan, Rusiya, Almaniya, Çexiya, Slovakiya, Türkiyə və Azərbaycanda nümayiş edilib. O, 2006-cı ildə Azərbaycan Prezidentinin sərəncamı ilə “Əməkdar rəssam” adına layiq görülüb.

Gununsesi.info