
“İranın prinsipial mövqeyi daima Qarabağın Azərbaycana aid olmasından yana olub”.
Gununsesi.info xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “X” hesabında paylaşımında deyib.
“Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağın Azərbaycanın suverenliyinə qayıtması İran tərəfindən xoş qarşılanıb. Qarabağda olan ermənilərin hüquq və təhlükəsizliyinin təmini yalnız Azərbaycanın suverenliyi və qanunları ilə məna tapır”, – deyə səfir qeyd edib.
Gununsesi.info