Azərbaycanın 10 milyonuncu sakininin yeni - FOTOLARI

 

Dünyaya gəlişi ilə ölkədə səs-küy yaradan Azərbaycan Respublikasının 10 milyonuncu sakini Mehriban Həsənovanın 6 aylıq olmağına az qalıb.
Gununsesi.org modern.az-a istinadən Azərbaycanın 10 milyonuncu sakininin yeni fotolarını təqdim edir.
Qeyd edək ki, ölkənin 10 milyonuncu sakini 2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində  doğulub.
Azərbaycan Respublikasının vətəndaşları Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində doğulan qıza ölkənin birinci xanımı Mehriban Əliyevanın şərəfinə Mehriban adı verilib.

Gununsesi.org