Azərbaycanın 12 faizdən artıq ərazisi minalarla əhatə olunub.
Gununsesi.info xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri cənab İrakli Çikovani ilə görüşü zamanı bildirib.
Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdə görülən işlərdən danışan nazir Azərbaycanın 12 faizindən artıq ərazisinin minalarla əhatə olunduğunu bildirib. Qeyd edilib ki, minaların partlaması nəticəsində 361 nəfər mülki şəxs və hərbi qulluqçu xəsarət alıb, onlardan 68 nəfəri isə həlak olub.
Müdafiə nazirlərinin görüşündə, həmçinin hərbi və hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətraflı müzakirə edilib.
Gununsesi.info