Azərbaycanın 4 kəndinin azad edilməsi üçün iki VARİANT

  • By admin
  • 11 Mart 2024 12:05

Azərbaycanın Ermənistanın işğalı altında olan kəndlərinin azad olunmasını tələb etməsi Rusiya və Ermənistanın xəbər agentliklərində əsas xəbər kimi yayılıb.

Gununsesi.info xəbər verir ki, mövzunu şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, bu, rəsmi Bakının İrəvana ultimatumu kimi qiymətləndirilib.

Politoloq bunu doğru təsbit hesab edir. “İki variant mümkündür. Birinci variant odur ki, baş nazir Nikol Paşinyan durumu doğru qiymətləndirərək, Azərbaycanın digər rayonlarına bitişik 4 kəndin geri qaytarılmasına razılaşacaq və bunun vacibliyini ermənilərə anladacaq. Onsuz da həmin kəndlərdə ermənilər yaşamır. İkinci variant isə odur ki, Paşinyan məsələni əvvəlkitək gecikdirməkdə davam edəcək”, – deyə o əlavə edib.

E.Şahinoğlu qeyd edib ki, bu halda, Azərbaycan ordusunun həmin kəndlərə daxil olmaqdan başqa alternativi qalmayacaq:

“Həmin kəndlərə görə, Ermənistanın Azərbaycanla müharibəyə başlayacağının ehtimalı azdır. Məlum xarici mərkəzlərin Azərbaycana qarşı bəyanatları olacaq, ancaq ölkəmizə qarşı sistemli beynəlxalq təzyiqin olacağı istisnadır. Azərbaycan öz kəndlərini geri qaytaracaq”.

Gununsesi.info