Bir çox ölkələrdə yeganə iri operatorun sıradan çıxması nəticəsində internetin yerli seqmenti demək olar ki, tamamilə əlçatmaz olacaq.
Gununsesi.info “Kommersant” qəzetinə istinadən xəbər verir ki, bu barədə “Qrator Labs” şirkətinin açıqladığı məlumatlarda bildirilir.
Şirkət mütəxəssisləri bildirir ki, “Delta Telecom” problem yaşandığı halda Azərbaycanın 72%-i internetsiz qalacaq.
Həmçinin bildirilir ki, “Uzbektelekom”un fəaliyyətində problem yaranarsa Özbəkistanın 97,32%-i, “Beltelekom”da problem olduğu halda Belarusun 86,4%, “Turkmentelekom”un fəaliyyətində problem müşahidə olunarsa Türkmənistanın 90,4%-i internetsiz qalacaq.
(APA)