
“Azərbaycan 2016-cı ildə xarici ölkələrdə fəaliyyət göstərən 73 diplomatik nümayəndəlik və konsulluğun saxlanılmasına 98 milyon manat vəsait yönləndirib”.
Gununsesi.info modern.az-a istinadən məlumat verir ki, bu “2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində qeyd olunub.
Belə ki, beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi üçün 15,6 milyon manat məbləğində vəsait istifadə olunub. Bunun 8 milyon manatı Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyəti ilə bağlı digər xərclərə, 7,6 milyon manatı isə beynəlxalq və ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlərə (Gəncə şəhərinin “2016-cı il Avropa Gənclər Paytaxtı” və Şəki şəhərinin 2016-cı il Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi ilə əlaqədar tədbirlərin, BMT-nin Sivillizasiyalar Alyansının 7-ci Qlobal Forumunun, IV Qlobal Açıq Cəmiyyətlər Forumunun, Dünya Azərbaycanlılarının IV Qurultayının və s) ayrılıb.
Gununsesi.info