Azərbaycanın adı Amerikada qalmaqalla birlikdə çəkilir

  • By admin
  • 26 Noyabr 2022 17:54

Türkiyənin “Xalqbank”ının illərdir davam edən məhkəmə prosesi ilə bağlı yeni detallar üzə çıxıb.

Gununsesi.info  xarici mətbuata istinadən xəbər verir ki, bankın bəraət iclasının Amerikanın Ana Məhkəməsi tərəfindən 17 yanvarda keçiriləcəyi bildirilir.

Bəraət vəkilləri məhkəməyə təqdim edilən 47 səhifəlik müraciət və 5 fərqli əlavə istəkdə bankın adının Amerikada mühakimə edilməsinin “Beynəlxalq Qəzəb və Diplomatik Skandala Yol Açacağı” yazılır.

Həmin sənəddə “Xalqbank”ın hissələrinin 87%-nin Türkiyə Cümhuriyyəti Varlıq Fonduna aid olduğu bildirilərək bankın məhkəmə toxunulmazlığının olması müdafiə edilib.

 

Verilən vəsatətlərdə Azərbaycan, Qətər və Pakistanın da “Xalqbank” lehinə mövqeyi var

“Xalqbank”ın vəkilləri vasitəsi ilə Anayasa Məhkəməsinə təqdim edilən vəsatətlərdə Azərbaycan, Qətər və Pakistanın Türkiyə Cümhuriyyətinə aid bir ictimai bankının Amerikada mühakimə edilə bilməyəcəyinə dair yanaşmalarını ortaya qoymaları rəsmi istəklərdə öz yerini alıb.

“Xalqbank”ın bəraət vəkilləri verdikləri vəsatətlərdə Türkiyə Banklar Birliyi, Türkiyə Odalar və Birjalar Birliyi ilə Türk Ayparasının da mövqeyinə yer verib.

Vəkillər verdikləri vəsatətlərdə bankın Amerikan qanunlarına görə cəzadan güzəşt haqqının olması və ölkələrarası hüquq çərçivəsində “Xalqbank”ın mühakimə edilə bilməyəcəyi durumu özəlliklə bildirilib.

Əgər bank ittiham edilərsə, bunun beynəlxalq əks-təsirlərinin olacağı vurğulanır.

Vəkillərin vəsatət istəkləri arasında Anayasa Məhkəməsinin bu cür riskləri göz önünə alaraq bankın bəraət tələbini qəbul etməsi və “Xalqbank”ın lehinə qərar verməsinin lazım olduğu bildirilir.

 

” “Xalqbank” Amerikada mühakimə edilə bilməz”

Məhkəməyə verilən ərizələrdə bankın Türkiyə Cümhuriyyətinə aid bir ictimai qurum olması və buna görə də, Amerikada ittiham edilə bilməyəcəyinin önəmi vurğulanır. “Müstəqil Xarici Dövlət Toxunulmazlığı” qanununa vurğu edilərək Amerikan Konqresinin qanunla bağlı daha öncə almış olduğu qərarlar xatırladılıb.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info