

Yusifbəylinin dövlət və ailə dramı
Ona Azərbaycanın adını qoyan kişi də deyirlər. Nəsib bəy Yusifbəyli, Demokratik Cümhuriyyətin maraif naziri. 1919-cu ilin martından 1920-ci ilin martına kimi Azərbaycanın Baş naziri postunda oturan adam. Məhz onun baş nazir olduğu dönəmdə Bakı Dövlət Universiteti yaradılıb.
Gununsesi.info xəbər verir ki, həmin universitetin müəllimi, tarixçi-alim Boran Əziz Real TV-də yayımlanan “Aktual müsahibə” verilişinin qonağı olub. Tarixçi verilişdə maraqlı məqamlara toxunub. O bildirib ki, XX əsrin ilk 20 ilində Azərbaycanda baş verən ictimai-siyasi prosesləri Nəsib bəy Yusifbəyli olmadan təsəvvür etmək mümkün deyil.
Verilişdə başqa maraqlı məqamlara da toxunulub. Daha ətraflı müsahibədə tanış ola bilərsiz.
Gununsesi.info