Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini təşkilatın təməl prinsiplərinə söykəyib.
Gununsesi.info xəbər verir ki, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov “Milli Qoşulmama Hərəkatı Modeli Simulyasiyası” konfransında çıxışı zamanı deyib.
“Azərbaycanın bu təşkilatdakı aktiv rolu və aktiv sədrliyi həm üzv dövlətlər, həm də beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Bütün dünyadan olan gənclər bu şəbəkədə fəal iştirak etməli və ona öz töhfələrini verməlidir”,- deyə XİN başçısı vurğulayıb.
Gununsesi.info